“Sinvarın ölümü fələstinlilərin qətiyyətini və motivasiyasını gücləndirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
O bildirib ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümü təşkilatın fəaliyyətini dayandırmayacaq, əksinə fələstinlilərin əzmini və motivasiyasını gücləndirəcək.
O, həmçinin qeyd edib ki, ABŞ olmadan İsrailin mövcudluğu mümkün deyil.
“Əgər Vaşinqtonun real siyasi iradəsi olsaydı, onlar hücumları və İsraili dayandıra bilərdilər”, – deyə Araqçı vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az