qeza

Hacıqabulda iri yük avtomobili TIR aşıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı istiqamətində, “Qədir-Xum” restoranının qarşısında qeydə alınıb.

Taxıl daşıyan TIR qəfil aşıb və kuzovdakı bütün yük yola dağılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb.

Hazırda yola dağılan taxılın təmizlənməsi işləri görülür.

Paylaş: