ABŞ 16 ildən sonra ilk dəfə nüvə silahını Britaniyaya qaytarıb.
Globalinfo.az xəbər verir ki, ABŞ 2008-ci ildən bəri ilk dəfə nüvə silahını Böyük Britaniyaya yerləşdirib. UK Defence Journal-ın məlumatına görə, Amerikanın termonüvə bombaları B61-12 İngiltərənin Suffolk qraflığındakı Leikenhit aviabazasına gətirilib.
Bu bombalar ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən Kirtlend bazasından Leikenhitə köçürülüb və burada yeni tikilmiş xüsusi qorunan anbarlarda saxlanılır.
Qeyd edək ki, B61-12 – idarəolunan və tənzimlənən gücə malik olan nüvə aviabombasıdır. Bu bombalar hazırda Leikenhitdə yerləşən iki ABŞ eskadronunun istifadəsində olan F-35A qırıcıları ilə tam uyğundur.
Məsələ ilə bağlı nə Pentaqon, nə də Böyük Britaniyanın Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib.
Əliyar Xəlil
Globalinfo.az