ermensitan irevan

“Ermənistan və Azərbaycan həqiqətən sülh müqaviləsinin imzalanmasına çox yaxındırlar. Bunu baş nazir Nikol Paşinyan da dedi”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

O, sülh sazişinin paraflanması məsələsi ilə bağlı müzakirə aparıldığını söyləyib:

“Müqavilə imzalandıqdan sonra Ermənistanın Konstitusiya Məhkəməsi bunu bizim Konstitusiyaya zidd hesab edərsə, baş nazir özü onun dəyişməsi təşəbbüsü ilə çıxış edəcək. Lakin bülə bir məsələ öncədən başladılıb və hazırda fikir mübadiləsi aparılır. Minsk qrupunun ləğvi və ilkin imzalanma məsələsi fəal müzakirə olunur, lakin bütün detallar hələ razılaşdırılma mərhələsindədir.

Ermənistan regionda nəqliyyat əlaqələrinin tam açılmasında maraqlıdır”.

Qeyd edək ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın sülh prosesində əsas tələblərindəndir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: