Ərdoğan yenidən prezidentliyə namizəd ola bilər

Ərdoğan yenidən prezidentliyə namizəd ola bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konstitusiyaya dəyişiklik edilmədən də növbəti prezident seçkilərində iştirak edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə onun müşaviri Mehmet Ucum açıqlama verib.

Ucumun sözlərinə görə, 2027-ci ilin sonu və ya 2028-ci ilin əvvəlində Türkiyə Böyük Millət Məclisi ən azı 360 səslə növbədənkənar seçki qərarı versə, Ərdoğan bir daha prezidentliyə namizəd ola bilər.

“Bu halda, Ərdoğanın yenidən namizədliyi hüquqi baxımdan mümkündür və bu, sonuncu dəfə olacaq,” – deyə müşavir bildirib.

Tahir Turan
Globalinfo.az