Fransa iyulun 17-də Seneqaldakı son hərbi bazalarını rəsmən təhvil verib və bu ölkədə 65 illik mövcudluğuna son qoyub.
Globalinfo.az xəbər verir ki, Seneqal Qərbi Afrikada Fransanın daimi hərbi mövcudluğunu saxladığı sonuncu ölkə idi.
Fransız qoşunları Camp Gale və Dakardakı iki böyük bazadan tamamilə çıxarılıb. Proses böyük mərasimlə baş tutub, burada iki ölkənin yüksək rütbəli şəxsləri də iştirak ediblər.
Beləliklə, Fransa Qərbi və Mərkəzi Afrikada hərbi mövcudluğunu tamamilə itirdi.
Qeyd edək ki, 2024-cü ildə Seneqalda prezident seçkilərində qalib gələn Bassiru Diomaye Fransa hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb etmişdi.
France handed over control of its last major military facility in Senegal, marking the end of its armed forces’ long presence in the West African country and a milestone in a withdrawal from the wider region https://t.co/Agcp6YbS9Y pic.twitter.com/RVMaZg4re1
— Reuters (@Reuters) July 17, 2025
Əliyar Xəlil
Globalinfo.az