c25f8ce0 fc71 3ce5 8f70 16ec0a6affce 850


Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə “360.ru”ya məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.

Onun sözlərinə görə, bütün lazımi əşyaların köçürülməsi ilə bir neçə görüş təşkil olunub.

O bildirib ki, Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur, onların lazım olan hər şey var: “Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib”.

Anastasiya Bezuqlaya vurğulayıb ki, görüşləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təşkil edib.

Paylaş: