Ermənistan 11-ci ölkə olmaq istəyir – Paşinyan açıqladı

Ermənistan 11-ci ölkə olmaq istəyir – Paşinyan açıqladı

“Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına ( ŞƏT ) üzv olmaq üçün rəsmi müraciət edib”.

Globalinfo.az xəbər verir ki,  bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Bu, balanslaşdırılmış xarici siyasətimizin məntiqinə uyğundur”, – o bildirib.

Qeyd edək ki, hazırda ŞƏT-ə Rusiya, Çin, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Hindistan, İran və Pakistan daxildir.

Əliyar Xəlil
Globalinfo.az