Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. 

Globalinfo.az xəbər verir ki, qərar doqquz şəxsə və altı təşkilata şamil olunub.

Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsi, BRİKS Jurnalistləri Assosiasiyası, bir neçə hərbçi və blogger sanksiya siyahısındadır. Onlara Aİ ölkələrinə giriş qadağan edilib və aktivləri dondurulub.

Qərar “sabitliyi pozan fəaliyyət”lə əsaslandırılıb. Bundan əvvəl ABŞ Prezidenti Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirmişdi.

Tahir Turan

Globalinfo.az