6876645985b466876645985b47175258940167a6e3cd62f6c158d99c923334e6ec8a

Goranboyda yanğın hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Dəliməmmədli şəhəri, A.Kərimov küçəsində qeydə alınıb. Həyətyanı torpaq sahəsində yerləşən tikilidə yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

 

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından müafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fakt araşdırılır.

Paylaş: