1752575623224427269 1200x630

Cəlilabad rayonunda baş verən meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 18:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Cəlilabad rayonunun Zopun kəndi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Ona zəruri tibbi yardımlar göstərildikdən sonra vəziyyəti stabilləşib və ambulator müalicə üçün evə buraxılıb.

rvZebXjWYlKCcRgQzRlvnTObsO2ecCkAb6bgcob8 600

***

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.

***

Xəbər verildiyi kimi, Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***17:21

Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, 1976-ci il təvəllüdlü meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Hazırda yanğın davam edir.

***15:46

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

Əlavə məlumat veriləcək.

***14:30

Cəlilabad rayonunda meşəlik ərazidə yanğın qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, yanğın rayonun Zopun kəndi ərazisindəki meşə sahəsində baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları və yanğınsöndürən texnikalar cəlb olunub.

Əraziyə nəzarət gücləndirilib, yanğının ətraf kəndlərə və digər meşə sahələrinə yayılmaması üçün zəruri tədbirlər həyata keçirilir.

Paylaş: