Ermənistanın keçmiş prezidenti Robert Köçəryan parlamentin sədri Alen Simonyana qarşı məhkəmədə iddia qaldırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hetq” məlumat yayıb.
Köçəryan Simonyanı onun barəsində ləyaqətini alçaldan, reputasiyasını ləkələyən yalan məlumatlar paylaşmaqda ittiham edib. Məlumata görə, bu, keçmiş prezidentin parlament sədrinə qarşı son bir ayda qaldırdığı ikinci iddiadır. O, Simonyanın bütün bunlara görə üzr istəməsini tələb edib.
Qeyd edək ki, Alen Simonyan son zamanlarda Robert Köçəryan və onun komandasını hədəfə alan sərt paylaşımlar edib.
Əliyar Xəlil
Globalinfo.az