pkk

“Terrorsuz Türkiyə” prosesi çərçivəsində İraqın şimalında yerləşən Süleymaniyə şəhərində PKK terror təşkilatının üzvlərinin silahları təhvil verməyə başlaması ilə bağlı açıqlama yayılıb. 

Globalinfo.az xəbər verir ki, özünü “Sülh və Demokratik Cəmiyyət Qrupu” adlandıran təşkilat nümayəndələri bu baddımın Abdullah Öcalanın çağırışına əsasən atıldığını deyiblər.

30-40 nəfərlik qrup silahlarını təhvil verib. Toplanan silahlar ətrafda prosesi izləyənlərin gözü qarşısında yandırılıb.

GvkVsAlWAAEl5rY GvkVsAlWsAA RhE GvkVsAiWsAA4nEj

slll
pkkk
sss
pkk8
pkk9
pkk12
pp
pkk5
pkk111
pkk112
pkk10
pkk11

***12:17

1978-ci ildən etibarən Türkiyədə terror fəaliyyəti göstərən Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinin silahları təhvil verməsi prosesinə başlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Artıq qruplaşma üzvlərinin dağlardan enərək təyin olunan məkana gəlməyə başladığı bildirilir.

Məlumata görə, əraziyə gələnlər silahları təhvil verirlər. Proses başa çatdıqdan sonra toplanan silahların yandırılması nəzərdə tutulub.

Hazırda çox sayda jurnalistin və siyasətçinin hadisə yerində olduğu deyilir.

Terrorçuların silahları təhvil vermək üçün toplandığı mağaranın görüntüləri yayılıb. Lakin prosesin videolarının bir müddət sonra nəzarətli şəkildə yayımlanacağı qeyd edilib.

Gvj978lWoAAnRVF

PKK-çıların tərksilah olmasının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB-1 PKK-çıların tərksilah olmasının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB-1 PKK-çıların tərksilah olmasının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB-1

PKK-çıların tərksilah olmasının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB-1 PKK-çıların tərksilah olmasının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB-1

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: