irevan baki

“Diqqət yetirdikdə Azərbaycan və Ermənistan tərəfinin ötən gün Əbu-Dabidə baş tutan görüşlə bağlı demək olar eyni məlumatları yaydığını görmək olur”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Bədəlyan bildirib.

O, sülh sazişi ilə bağlı razılaşma olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcəyini söyləyib:

“Biz sülh gündəmi və regional kommunikasiyaların açılması ilə bağlı lazımi məlumatları paylaşmışıq. Hələlik yeni bir deta, yaxud razılaşma yoxdur. Əbu-Dabidə ifadə olunan fikirlər də İrəvanın strategiyasına uyğundur. O cümlədən, regional kommunikasiyaların açılması üçün “Sülhün kəsişməsi” layihəsi ilə bağlı yanaşma da olduğu kimi qalır.

Ümumilikdə BƏƏ-də liderlər arasında baş tutan görüşü uğurlu hesab edir və bunun sülh prosesinin gedişatı üçün ciddi əsas ola biləcəyini düşünürük”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: