“Getmək vaxtı çatdı!” – Orban özündən çıxdı

"Getmək vaxtı çatdı!" - Orban özündən çıxdı

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyeni ona qarşı korrupsiya ittihamları irəli sürdükdən sonra istefa verməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Siyasətçi yazıya fon der Leyenin fotosunu yerləşdirərək, “Getmək vaxtı çatdı!” deyə qeyd edib.

Xatırladaq ki, AK rəhbərinə etimad səsverməsi  iyulun 10-da Strasburqda keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az