ABŞ-ın Qazaxıstan mallarına 25 faiz rüsum tətbiq etməsinə qarşı tədbirlər hazırlanır.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Rəsmi cavab verəcəyik”, – deyə bəyanatda bildirilib.
Qeyd edək kiŞ bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə məktub göndərərək, Vaşinqtonun 2025-ci il avqustun 1-dən etibarən ölkədən idxal olunan mallara 25 faiz rüsum tətbiq etməsi barədə məlumat verib.
Əliyar Xəlil
Globalinfo.az














