Britaniyadan Suriyaya JEST: “Qapılar açıldı”

Britaniyadan Suriyaya JEST: "Qapılar açıldı"

Böyük Britaniya Suriya ilə diplomatik əlaqələri bərpa edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaara ilə görüşündə deyib.

Bundan əvvəl Ər-Riyadda ABŞ prezidenti Donald Tramp və əl-Şaara arasında danışıqlar aparılıb. Bu, iki ölkə liderləri arasında son 25 ildə keçirilən ilk görüş idi. Görüşün ardınca Tramp Suriyaya qarşı Bəşər Əsəd dövründən qüvvədə olan sanksiyaların ləğvinə başlandığını açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az