ABs azerbaycan 1453 900x523 1

ABŞ yüksək terror riski, iğtişaşlar, qaçırılma və həbs olunma təhlükələri ilə əlaqədar olaraq vətəndaşlarını İrana səfər etməməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin İrandakı virtual səfirliyinin saytında məlumat yayılıb.

“İyulun 2-dən etibarən İranın hava sahəsi qismən açılıb. Buna baxmayaraq, Tehran və digər şəhərlərdən kommersiya uçuşlarının fəaliyyətində fasilələr ola bilər. ABŞ vətəndaşları quru yolu ilə Azərbaycan, Ermənistan, Türkiyə və ya Türkmənistana keçə bilərlər”, – məlumatda qeyd edilir.

Paylaş: