Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin 14 may tarixində keçirilməsinin səbəbini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib ki, Türkiyədə seçkilər üçün normal tarix 18 iyundur.
“Bildiyimiz kimi, prezident və parlament seçkilərinin normal vaxtı iyunun 18-dir. Lakin biz bu tarixi yeniləməyə ehtiyac duyduq. Çünki bu tarix Qurban bayramı ilə üst-üstə düşür. Parlamentimiz lazımi səs çoxluğunu toplamasa, mən prezident kimi qərar qəbul edəcəyəm”, – Ərdoğan qeyd edib.
O qeyd edib ki, elə buna görə, eləcə də digər səbəblərə görə ən uyğun tarix 14 maydır.