ukrayna

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Makron həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb.

Bu telefon trafiki atəşkəs və sülhü tezləşdirə bilərmi?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Rusiya Ukrayna müharibəsinin nizamlanması istiqamətində bir sıra dövlətlərlə aktiv şəkildə əlaqə saxlayır:

“Xüsusilə qardaş Türkiyə bu məsələdə ən nəticəyönümlü təşəbbüslə çıxış edən ölkədir. Ankaranın moderatorluğu ilə faktiki olaraq bu günə qədər tərəflər arasında görüşlər keçirilib, taxıl böhranı həll olunub, əsirlərin mübadiləsi təmin edilib.

unnamed file

İlyas Hüseynov

ABŞ və Fransa kimi ölkələr də son zamanlar aktivləşiblər. Hətta deyim ki, sülhün əldə edilməsi üçün böyük səylər göstərirlər. Bu telefon danışığı da məhz buna hesablanıb. Makron özünü Avropada hegemon, dominant bir şəxs kimi göstərmək istəyir. Lakin hesab etmirəm ki, bu telefon danışığı münasibətlərdə və ya müharibənin gedişində müsbət geridönüşə səbəb olacaq. Bu telefon danışığının tək müsbət tərəfi təşəbbüs olmasıdır. Bunun xaricində real bir nəticə əldə olunması inandırıcı deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: