İrandan Azərbaycana narkotik vasitə keçirməkdə təqsirləndirilən daha iki Rusiya vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Azərbaycana narkotik vasitə keçirməkdə təqsirləndirilən daha iki Rusiya vətəndaşı həbs edilib.
Səbail Rayon Məhkəməsində təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat təmin edilib.
Hakim Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Daha əvvəl 4 nəfər barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsində təqsirləndirilən daha iki Rusiya vətəndaşının barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İttihama görə, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşı saxlanılıb..
Daha əvvəl iki nəfər barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə bir nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılır. Daha 6 nəfərin məhkəməsi davam edəcək.
İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.
***21:07
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin 8 üzvü məhkəməyə gətirilib.
Bir azdan Səbail Rayon Məhkəməsində onlar barədə təqdimata baxılacaq.
Qeyd edək ki, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən bu şəxslər Rusiya vətəndaşlarıdır.
***
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat məhkəməyə daxil olub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.
Təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə yaxın saatlarda qərar açıqlayacaq.