“Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması üçün müzakirələrə başlamağa hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.
“Biz sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı danışıqlara başlamağa hazırıq”, – deyə o bildirib.
Qeyd edək ki, martın 13-də tərəflər sülh sazişinin mətnini razılaşdırdığını və danışıqlar prosesini başa çatdırdığını açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az