“ABŞ ordusu ilə bağlı saxta məlumatlar yayan jurnalistləri işdən çıxarmaq lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Ağ Ev lideri ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını tənqid edən media nəşrlərindən narazılığını bildirib.
Onun sözlərinə görə, bu cür materiallar amerikalı hərbçilərin hərəkətlərini ləkələyən kampaniyanın tərkib hissəsidir.
Tramp media rəhbərlərinə də müraciət edib:
“Əməkdaşlarınızın “cadugər ovu”nda iştirakını dayandırın, hərbçilərdən və vətəndaşlardan rəsmi üzr istəyin”.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp CNN və “Nyu York Tayms”(NYT) media orqanlarından narazılıq edib. Səbəb isə sözügedən KİV-lərdə yayımlanan ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumları ilə bağlı məlumatlar olub.
Əliyar Xəlil
Globalinfo.az