“İran ABŞ-la qarşıdurmada qalib gəlib”.
Globalinfo.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciətində deyib.
“Birinci təbrikim İsraillə bağlı idi. İkincisi, ABŞ üzərində qələbəmizə həsr olunub. Onlar müharibəyə bilavasitə müdaxilə etdi. Çünki bilirdilər ki, bunu etməsələr, İsrail tamamilə məhv olacaq”, – o bildirib.
Xamenei əlavə edib ki, ABŞ İranla müharibədə heç bir nəticə əldə etməyib:
“Donald Tramp açıq şəkildə bildirdi ki, ABŞ yalnız İranın təslim olması ilə kifayətlənəcək. Lakin bu heç vaxt baş verməyəcək, bu barədə düşünmək belə axmaqlıqdır”.
***14:10
İranın ali dini lideri Əli Xamenei xalqa müraciət edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
Onun mühüm televiziya mesajı bir neçə dəqiqədən sonra yayımlanacaq.
Ali dini lider paylaşımında İsraili məğlub etdiklərini də qeyd edib:
“Yalançı sionist rejim üzərində qələbə münasibətilə hər kəsi təbrik edirəm”.
Əliyar Xəlil
Globalinfo.az