ABŞ-ın kəşfiyyat məlumatları göstərir ki, İran İsrailin hava zərbələrindən əvvəl öz nüvə obyektlərindən zənginləşdirilmiş uranı çıxarmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.
Məlumata əsasən, ABŞ tərəfinin mövcud kəşfiyyat məlumatlarında belə bir hərəkətin baş verdiyinə dair heç bir sübut yoxdur.
Xatırladaq ki, ötən həftə ABŞ İranın nüvə obyektlərinə zərbələr endirib. İran bu hücumlar qarşısında artıq xeyli müddətdir ki, uran ehtiyatlarını başqa əraziyə köçürdüyünü açıqlayıb.
Aysel Əliyeva
Globalinfo.az














