Həmçinin oxuyun:

SENSASİYA: İsrail-İran müharibəsi buna görə başladı – Azərbaycan detalı

tehran vasinqton scaled

Xəbər verdiyimiz kimi, İsrail İrana yeni zərbələr endirməməyə qərar verib. Bu proses İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra baş verdi. İsrailin bu addımı hansı səbəblə atdığı maraq doğurur.

Tramp hansı göstərişi verdi?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ İranla nüvə danışıqları apardığı üçün müharibənin başlanmasında maraqlı deyildi:

“İsrail isə bu danışıqları pozmaq istəyirdi. ABŞ bir neçə dəfə İsrailə İran ərazisinə hücum etməməsi ilə bağlı xəbərdarlıq etmişdi. Lakin hadisələr Vaşinqtonun istəyinə uyğun inkişaf etmədi. İsrail ABŞ-ın da İrana qarşı münaqişəyə cəlb olunmasını istəyirdi və bu məqsədinə qismən də olsa nail oldu. İran Qətər və İraqdakı ABŞ obyektlərini raket atəşinə tutdu. Amma Vaşinqton bu təxribatlara cavab vermədi. Çünki ABŞ İsrailin planlarına uymaq istəmədi və İranla genişmiqyaslı müharibənin qarşısını almağa çalışdı.

Bu müharibənin başlaması ABŞ-ın maraqlarına uyğun deyildi. Əgər müharibə başlasaydı, İranda rejim dəyişikliyi və vətəndaş müharibəsi ehtimalı ortaya çıxardı. Belə bir ssenaridə isə İsrail az resursla böyük geosiyasi qazanc əldə etmiş olardı.

kenan

Kənan Novruzov

ABŞ-ın təmkinli davranışı nəticəsində mümkün nüvə müharibəsinin qarşısı alındı. Əgər Vaşinqton hərbi cavab versəydi, Çin də bu münaqişəyə cəlb oluna bilərdi və bu halda müharibə regional yox, qlobal xarakter alardı.

ABŞ prezidenti Donald Trampın İsrail baş naziri Benyamin Netanyahu ilə telefon danışığında onu açıq şəkildə dəstəkləməyəcəyini bildirdiyi də istisna deyil. Məhz bundan sonra Netanyahu itirdiyini anladı”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: