sanksiya

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini həftənin sonuna qəbul etməyi planlaşdırır. 

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı Yaxın Şərqdə baş verən müharibə səbəbindən qiymət artımına baxmayaraq, neft qiymətlərinin yuxarı həddini endirməyi düşünür. Həmçinin, qiymət artımın məhəl qoymadan bazar müqavilələri əsasında Rusiya neftini aparan gəmilərin bayraqdan məhrum edilməsi ilə bağlı üçüncü dövlətlərlə müzakirələr aparır. İttifaq bu gəmiləri “qara siyahı”ya daxil edəcək.

Kaya Kallas onu da qeyd edib ki, Macarıstan Rusiyaya qarşı sanksiyalar paketini bloklayır.

“Macarıstanın Rusiyaya qarşı sanksiyaları bloklaması yeni xəbər deyil”, – o qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: