İsrail və İran arasında münaqişə 10 gündür davam edir. Hazırda tərəflərin hücum taktikaları, istifadə etdikləri silahlar müzakirə obyektidir. Xüsusilə İranın raketləri ilə bağlı məlumatlar sosial şəbəkələrdə diqqət çəkib.
Həmin raketlər hansı maneələrdən keçib İsrailə çatır?
Globalinfo.az xəbər verir ki, İran İsrailə raket atdığı zaman onları ilk qarşılayan Fars körfəzində yerləşən ABŞ hərbi gəmiləri olur.
Beləliklə, raketlər ilk olaraq ABŞ-ın hərbi hava müdafiə sistemlərinin hədəfinə çevrilir. Ardınca onlar İordaniya və burada yerləşən ABŞ-a məxsus F-35 qırıcılarının nəzarət zonasına daxil olur. Paralel olaraq, Qırmızı dənizdəki ABŞ hərbi donanması da bu raketləri zərərsizləşdirməyə çalışır.
İran raketlərinin bir hissəsi bu çoxqatlı müdafiə baryerlərini aşaraq Aralıq dənizində yerləşən Britaniya hərbi hava bazalarına və ABŞ donanmasının mövqelərinə yaxınlaşır. Bütün bu maneələrə baxmayaraq, bəzi raketlər İsrail ərazisinə çatmağı bacarır. Bu halda, Təl-Əvivin hava hücumundan müdafiə sistemləri işə düşür. 2–2000 kilometr arasında fəaliyyət radiusuna malik “Dəmir Gümbəz”, “Davudun Qalxanı” və digər sistemlər bu raketlərin qarşısını almağa cəhd göstərir.
Lakin bütün bu müdafiə tədbirlərinə baxmayaraq, İsrail ərazisi hələ də zərbələrə məruz qalır. Nəticədə, Qərb və NATO-nun bütün gücləri bu raketlərin qarşısını ala bilmirlər.
View this post on Instagram
Əliyar Xəlil
Globalinfo.az