“ABŞ-ın İranın nüvə obyektlərinə hücumu ilə regionda yeni təhlükə yaranıb”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik deyib.
O bildirib ki, münaqişələrin daha da genişlənməsi ən pis ssenarilərə yol aça bilər:
“Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın danışıqlar masasına qayıtmaq çağırışı və Ankaranın müəyyən etdiyi çərçivə yeganə həll yoludur. Prezidentimizin hadisələrin əvvəlindən verdiyi proqnozlar özünü doğrultdu. Bu mərhələdən etibarən danışıqlar masası önəmlidir”.
Əliyar Xəlil
Globalinfo.az