17903992183904517782 1200x630

Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə çıxış edib.

Ölkə başçısı çıxışında Azərbaycanın investisiya durumu, xarici borclarının tənzimlənməsi və büdcə vəziyyəti ilə bağlı mühüm detallara toxunub.

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanın maliyyə resursları 90 milyard dolları ötüb:

“Bizim kifayət qədər maliyyə resursumuz var. Torpaqlarımız işğaldan azad ediləndən sonra hər il büdcədən 3-4 milyard manat bərpa prosesinə ayrılır. İşğaldan azad edilmiş ərazilərdə yeni zavod-fabriklər qurulur, iş imkanları yaradılır. Bunlar çox mühümdür.

Prezident İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə çıxışı zamanı yeni bir istiqamət müəyyən edir. Yəni artıq həm bərpaolunan enerji resursları, həm də dağ-mədən sənayesi inkişaf etdiriləcək. Bu, çox vacibdir. Çünki hazırda nadir torpaq elementləri üzrə ciddi rəqabət və tələbat var. Azərbaycan bu istiqamətdə çalışmalarını genişləndirəcək.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Əlbəttə, biz daxili potensialımızla nələrsə edirik. Lakin təcrübə göstərir ki, ölkələr xarici investorlar və banklardan götürülən borclar hesabına da bu layihələri həyata keçirirlər. Prezident də bu məqamları çıxışında ayrıca qeyd edib. Prezident İlham Əliyevin əsas məğzi bu idi ki, ölkəmizdə ciddi münbit mühit var və iri dağ-mədən şirkətləri və investorlar ölkəmizə cəlb edilsin.

Bu siyasətin mahiyyəti həm də ondadır ki, yeni iş yerləri açılacaq, yerli bazarda iş mühiti genişlənəcək. Bu isə başqa bir problemin həllinə yönələn effektiv addımdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: