“İnvestorlar Azərbaycanı yalnız daxili bazar kimi nəzərdən keçirməməlidirlər”.
Globalinfo.az xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
O bildirib ki, Azərbaycanın əsas üstünlüklərindən biri ölkədə istehsal olunan məhsulların daha geniş regional bazarlara çıxarılması imkanının olmasıdır.
S.Yəhyayeva qeyd edib ki, bu amil investorların uzunmüddətli qərarlarına və Azərbaycana yatırılan sərmayələrin kommersiya baxımından əsaslandırılmasına təsir edir.
Zaira Akifqızı
Globalinfo.az