İranın xarici işlər naziri Abbas Araqçı Qərbin “danışıqlar masasına qayıt” mesajına cavab verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Keçən həftə İsrail bu diplomatiyanı partlatmaq qərarına gələndə biz ABŞ-la danışıqlar aparırdıq. Bu həftə Vaşinqton eyni şeyi edəndə biz Avropa İttifaqı (Aİ) ilə təmasda idik. Buradan nə nəticə çıxır? Britaniya və Aİ düşünür ki, masaya qayıtmalı olan İrandır. Amma Tehran heç vaxt tərk etmədiyi, hətta partlatmadığı bir şeyə necə qayıda bilər?”, – Araqçı bildirib.
ABŞ-ın son hücumuna toxunan nazir “Masa altımızda partladı” deyərək, bunun birbaşa danışıqlar prosesinə zərər verdiyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az