“İranla İsrail arasından münaqişə səbəbindən Xəzər regionunda nüvə təhlükəsi var”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, Moskvanın gərginliyin danışıqlar yolu azalması üçün əlindən gələni etdiyini söyləyib:

“İsrailin İrana zərbələri səbəbindən dünya nüvə fəlakətindən santimetrlərlə uzaqlıqdadır. Hesab edirik ki, bu əməliyyata başlamaq üçün heç bir səbəb yox idi.

İranın nüvə proqramı aqressiv fəaliyyət üçün bəhanə kimi yox, diplomatik yollarla həll edilməli olan məsələ kimi nəzərdən keçirilməlidir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: