“Hizbullah” İranı dəstəkləsə, onu məhv edə bilərik”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
“Hizbullah”ın baş katibi Naim Qasim sələflərinin başına gələnlərdən dərs almayıb. Onlar İran diktatorunun əmri ilə bizi hədələyir. Məsləhət görürəm ki, ehtiyatlı olsunlar. İsrailin onu təhdid edən terrorçulara qarşı səbri tükənib. Hücum olarsa, “Hizbullah” da olmayacaq”, – o bildirib.
Qeyd edək ki, iyunun 19-da “Hizbullah”ın baş katibi İsrail–İran münaqişəsində neytral mövqe tutmadığını və İranı tam dəstəklədiyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az