pasinyan 996

“Hazırda Ermənistan üzərində ballistik raketlər deyil, təyyarələr uçur. Özü də heç vaxt olmadığı qədər çox təyyarə uçur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, bütün bunların Bakı və Ankara ilə münasibətlərin normallaşması prosesindən qaynaqlandığını söyləyib:

“Ermənistan beynəlxalq vəziyyətlərə hələ heç vaxt indiki kimi hazır olmayıb. Bunun ən mühüm səbəbi malik olduğumuz xarici əlaqələrdir. Bəli, bu, Azərbaycanla sülh prosesinin dinamikasına, Türkiyə ilə fəal dialoq prosesinə görədir, münasibətlərimizin və müxtəlif istiqamətlərdə vəziyyətimizin normallaşmasının nəticəsidir. Beləliklə, beynəlxalq nüfuzumuz görünməmiş səviyyədə yüksəlir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: