“İran xalqı fikir ayrılıqlarını bir kənara qoyub İsrailin təcavüzünə qarşı birləşməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Prezidenti Məsud Pezeşkian parlamentdəki çıxışında deyib.
“Biz müharibə istəmədik və başlamadıq. Ölkənin yüksək səviyyəli hərbçilərini və alimlərini öldürən biz deyildik, lakin terrorçular bunu etdi. Bu gün birlik və həmrəyliyə hər zamankından daha çox ehtiyacımız var”, – o bildirib.
Pezeşkian, həmçinin qeyd edib ki, ABŞ İsrailin İrana qarşı təcavüzünə görə məsuliyyət daşıyır:
“Onlar beynəlxalq hüququn bütün normalarına zidd olaraq, İsrailə ölkəmizə hücum etməyə icazə verir”.
Günay Rəsulqızı
Globalinfo.az