İsrail İran ərazisinə genişmiqyaslı hava hücumları dalğasını başa çatdırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə“The Times of Israel” Müdafiə Qüvvələrinə istinadən yazıb.
Qeyd olunub ki, məqsəd silah istehsal edən obyektləri məhv etmək idi.
“Zərbələr İslam İnqilabı Keşikçiləri Korpusu, Keşikçilər Korpusunun Qüds Qüvvələri və İran silahlı qüvvələrinə məxsus infrastruktur obyektlərini hədəf alıb”, – deyə əlavə edilib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İran ərazisindəki çoxsaylı silah istehsalı obyektlərinə zərbələr endirilib.
Əliyar Xəlil
Globalinfo.az