Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ münasibətlərinin hazırkı vəziyyətini qədim yunan mifologiyasındakı “Avgiyevi tövlələri”nə bənzədib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb.
Peskov iki ölkə arasındakı əlaqələrin çox mürəkkəb və çətin olduğunu vurğulayaraq, bu durumun bir neçə saatlıq danışıqlarla düzəldilməyəcəyini bildirib:
“Həmin “tövlə”nin təmizlənməsi uzun prosesdir. Bunun üçün diplomatik bacarıqlar lazımdır”.
Qeyd edək ki, “Avgiyevi tövlələri” ifadəsi çox çirkli və ya mürəkkəb vəziyyətləri təsvir etmək üçün istifadə olunur.
Əliyar Xəlil
Globalinfo.az














