İran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını Çinə təhvil verməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalının mənbələrə istinadən yaydığı məlumatında qeyd olunub.
Bildirilib ki, Tehran nüvə yanacağının ölkə ərazisindən çıxarılmasına razılıq verib, lakin bunun yalnız ehtiyatların Çinə göndərilməsi şərti ilə mümkün olduğu qeyd olunur.
Məlumata əsasən, İran ABŞ ilə mümkün razılaşma çərçivəsində Pekindən zəmanətlər almağa çalışır. Bununla yanaşı, rəsmi təsdiq hələ verilməyib.
Tahir Turan
Globalinfo.az