“İsraillə İran arasında müharibənin başlaması pis xəbərdir”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
“Yaxşı xəbər odur ki, Zəngəzur məsələsi artıq İran üçün aktual deyil”, – bildirib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib.
Nəticədə İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub. Həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.