Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyunun 9-10-da Fransada işgüzar səfərdə olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan nümayəndələri İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının Tərəflərinin 17-ci Konfransı (COP17) ərəfəsində Fransanın xarici işlər nazirinin dəvəti ilə BMT-nin 3-cü Okean Konfransında iştirak edəcəklər.
İyunun 10-da COP17 və Okean Konfransına ev sahibliyi edən ölkələr Ermənistan və Fransa “Dağlardan Okeanlara: Davamlı Gələcək üçün Ətraf Mühit Sərhədlərindən Kənarda Biomüxtəlifliyin Qorunması” adlı birgə tədbir təşkil edəcəklər.
Tədbirin əsas məqsədi qlobal ekoloji çağırışlara cavab olaraq dağlıq və okean ekosistemlərinin birgə qorunmasının təşviqidir.
Ekoloji siyasət üzrə mütəxəssislər, beynəlxalq təşkilatlar və iştirakçı dövlət nümayəndələrinin qatılacağı tədbirdə davamlı inkişaf üçün biomüxtəlifliyin əhəmiyyəti müzakirə olunacaq.
Tərəfdaşlarla ikitərəfli görüşlər də nəzərdə tutulub.
Safura Bənnayeva
Globalinfo.az