Bakı və Naxçıvanın bu ərazilərində qaz olmayacaq

Bakı və Naxçıvanın bu ərazilərində qaz olmayacaq

Naxçıvan şəhərinin əksər ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Globalinfo.az xəbər verir ki, qaz quyularında mövcud olan kranların yenisi ilə dəyişdirilməsi ilə əlaqədar Naxçıvan şəhər Əziz Əliyev küçəsi, Cahan Gənclər şəhərciyi, Xətai məhəlləsi, 11, 20, 21-ci məhəllələr, Qoçüstü, Çənlibel məhəllələri, 57 Bazar, Sabir küçəsinin bir hissəsi, Nazim Hikmət küçəsi, Su 6 qəsəbəsi, 48, 49-cu məhəllələr və Cahan Gənclər şəhərciyində iyunun 5-də saat 14:00-dan saat 17:00-dək qaz təchizatı müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

***

Sabah Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsi, “Qurtuluş 93” ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 1” və “Park Xırdalan” yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

***

Hacıqabul rayonunun altı kəndində 1 545 abonentin qaz təchizatında fasilə yaranacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilb ki, “Muğan Kənd” ölçü qovşağından qidalanan, diametri 225 mm PE ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar iyunun 5-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Paşalı-1, Paşalı-2, Cəngən, Tava, Tağlı, Qubalı kəndlərində (1 545 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.