qeza9

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində qeydə alınıb. “Ford” markalı yük avtomobili “Opel” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO

Paylaş: