Cənubi Koreyanın cənub-şərqində yerləşən Pohang şəhərində hərbi təyyarənin dağa çırpılaraq qəzaya uğraması nəticəsində göyərtədə olan dörd nəfərin hamısı ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Həlak olanların dördünün də cəsədinin aşkarlandığı bildirilib.
Onların şəxsiyyətinin müəyyənləşdirilməsi aparılır.