Sivasın (Türkiyə) Kardere kəndindəki açıq kömür mədənində partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə gələn xilasetmə qrupları həyatını itirən şəxsin cəsədini çıxarıb, yaralılar isə ilk yardımdan sonra xəstəxanaya yerləşdiriliblər.

Partlayışın baş vermə səbəbi araşdırılır.

Paylaş: