default 2

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barronun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Görüşdə infrastrukturun inkişafı, investisiyaların cəlbi və yeni birgə proqramların həyata keçirilməsi məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin, regional proseslərlə bağlı, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişi ətrafında baş verən son hadisələr barədə fikir mübadiləsi aparıblar. Baş nazir Paşinyan bir daha Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: