Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərin sayı açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Siyahı aşağıdakı kimidir:
– zabit və gizir qadın hərbi qulluqçular – 329 nəfər;
– müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçular – 1602 nəfər;
– qadın mülki işçilər 10218 nəfər;
Həmçinin Müdafiə Sənayesi Nazirliyi ilə bağlı statistika açıqlanıb.
Qeyd olunub ki, bu ilin yanvarına olan statistik hesabata əsasən, işçilərin ümumi sayı – 6331 nəfər, qadınların sayı 2137 nəfər, rəhbər vəzifədə çalışan qadınların sayı 151 nəfər, rəhbər vəzifədə çalışan kişilərin sayı 613 nəfər təşkil edib.
– rəhbər vəzifədə çalışan qadın hərbi qulluqçular – 4 nəfər;
– rəhbər vəzifədə çalışan qadın mülki işçilər – 2 nəfər.
Dövlət Sərhəd Xidmətində çalışanlardan 87 faizi kişilər, 13 faizi isə qadınlardan ibarət olub.
İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.














