Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı İrəvanda etiraz aksiyaları başlayıb.
Globalinfo.az xəbər verir ki, Respublika Uğrunda Partiyasının sədri Arman Babacanyanın təşkilatçılığı ilə keçirilən aksiyaya polislər müdaxilə edib.
Məlumata görə, Babacanyan jurnalistlərin ərazidən uzaqlaşdırılmasını və aksiyaya mane olmamalarını, onlara görə hüquq mühafizə orqanlarının etiraza qarışdığını deyib. Babacanyan jurnalistləri Rusiyadan tapşırıq almaq ittiham edib.
Aksiyaçılar Rusiya Prezidenti Vladimir Putin və Lavrovun fotolarının olduğu pankartlar qaldırı, onları “qatil” adlandırıblar. Həmçinin Avropa İttifaqının bayrağının da meydana gətirilməsi diqqət çəkib.
Qeyd edək ki, ötən gün Lavrovun hava limanından İrəvanın mərkəzinə doğru irəlilədiyi yolda da bənzər plakatlar qaldırılıb. Lakin Ermənistanın Daxili İşlər Nazirliyi etiraza müdaxilə edib və bir neçə nəfər saxlanılıb.
Ayşən Mustafa
Globalinfo.az
