Aİ Suriyaya qarşı sanksiyaları ləğv etdi – BMT-dən reaksiya

Aİ Suriyaya qarşı sanksiyaları ləğv etdi - BMT-dən reaksiya

Avropa İttifaqı (Aİ) ölkələri Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvinə qərar veriblər.

Globalinfo.az xəbər verir ki, bu haqda “Al-Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, Aİ-nin 27 üzv ölkəsinin səfirləri bu addım üçün ilkin razılaşma əldə ediblər və bu, Brüsseldə xarici işlər nazirlərinin görüşündə rəsmi şəkildə açıqlanacaq.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Avropa İttifaqının (Aİ) Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarını müsbət qiymətləndirib.

“Biz bu mühüm qərarı alqışlayırıq və ümid edirik ki, bu addım bütün Suriya xalqının həyatını və ölkə iqtisadiyyatını bərpa etməsinə yardım edəcək”, – deyə o bildirib.

Xatırladaq ki, ABŞ da ötən həftə Dəməşqə qarşı sanksiyaları ləğv edib.