“Azərbaycan başqa bir ölkənin Ermənistanda hərbi mövcudluğunun olmaması ilə bağlı yeni şərt irəli sürüb”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan çıxış edib.
Onun sözlərinə görə, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının Ermənistan ərazisindən çıxarılması ilə bağlı müzakirələr var:
“Sadə dillə desək, Bakı hesab edir ki, sülhə nail olmaq üçün ilkin şərtlərdən biri Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasıdır. Bu məsələ İrəvan hakimiyyəti üçün qəti şəkildə problem deyil, çünki məqsədlərinə uyğundur. Fikrimcə, İrəvan Bakı ilə bu məsələdə razılaşacaq, bir müddət sonra isə ictimaiyyətə açıqlayacaqlar. Azərbaycan və Türkiyə regional rollarını yenidən formalaşdırırlar. Burada Ermənistana attaşe statusu verilir”.
Qeyd edək ki, bir müddət öncə “Hraparak” nəşri də eyni iddia ilə çıxış etmiş, bu məsələnin Moskvanı qəzəbləndirdiyini yazmışdı.
Ayşən Mustafa
Globalinfo.az